28 İyun 2014 13:52
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qohumların mübahisəsi qan tökülməsi ilə nəticələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyunun 27-də Nəsimi rayonu ərazisində baş verib.

Rövşən Fərəcov yaşadığı evdə münaqişə zəminində qohumları İlqar Həsənova və onun oğlu Emilə bıçaqla xəsarət yetirib.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Fərəcov tutulub.


Müəllif: