Şabran rayonun Leyti kəndində bələdiyyəyə məxsus dağlıq ərazidə 45 ha sahədə kol-kos və 5 ha sahədə biçilmiş taxıl sahəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.com-a verilən məlumata görə, yaxınlıqdakı meşə ərazisi yanğından mühafizə olunub. Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.