14 Sentyabr 2016 17:27
647

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Fərhad İbrahimov bıçaqlanıb.

Fərhad İbrahimov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Binəqədi Polis İdarəsinin 4-cü bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Cavadxan Məmmədov tutulub.

Araşdırmalar zamanı məlum olub ki, Fərhad İbrahimovla Cavadxan Məmmədovun arasında şəxsi münasibətlər zəminində mübahisə olub. Mübahisə sonradan dava ilə nəticələnib. Sonda qanlı cinayət hadisəsi baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...