28 İyun 2014 22:41
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayon mərkəzindən 14 km aralıda yerləşən Qımıl kəndində "TQ-16" markalı traktor yanıb.

Teleqraf.com-un məlumatına görə, yanan "TQ-16" traktoru talvarın altında olub. Bu zaman vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan talvarın yanar konstruksiyaları da yanıb.

Daha sonra yanğın ətrafdakı 1000 ədəd taxta taraları, 0,5 kub m. odun və talvara bitişik olan ümumi sahəsi 20 kv.m köməkçi tikilini külə döndərib.

Talvarın qalan hissəsi və digər bitişik köməkçi tikili yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: