15 Sentyabr 2016 14:04
1 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, naməlum şəxs sentyabrın 12-də Bakı şəhər sakini Elvin Nağızadənin mobil telefonunu alıb.

Quldurluq hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsinə məlumat verilib. Məlum olub ki, Elvin Nağızadəyə qarşı quldurluq edən Beyləqan rayon sakini Şam Möjekoviç Rejerov Bakıdan qaçıb.

Hadisə ilə bağlı 18-ci polis bölməsi və Beyləqan rayon polis şöbəsinin əməkdaşları birgə əməliyyat keçirib. Şam Möjekoviç Rejerov Beyləqanda həbs edilib.

İstintaq zamanı məlum olub ki, Şam Rejerov Cinayət Məcəlləsinin 81-ci (quldurluq) maddəsi ilə axtarışda olub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər