Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qısqanclıq zəminində həyat yoldaşını öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Tural Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu il iyunun 12-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Bakı şəhər sakini Tural Kazımov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Maya Kazımovanı boğaraq öldürüb.
Hadisə qısqanclıq zəminində törədilib. Tural Kazımov həyat yoldaşının başqa kişi ilə danışmasından şübhələnib və buna görə də onu öldürüb.
Tural Kazımov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası sentyabrın 20-nə təyin edilib.
Hacı Zeynalov