28 İyun 2014 23:39
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1928-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.

Teleqraf.com-un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin pəncərəsindən enərək daxil olublar.

Mənzilə baxış keçirilərkən halsız vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.


Müəllif: