16 Sentyabr 2016 11:15
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnarə Fətullayevanın barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Elnarə Fətullayeva Bakı şəhər sakinlərinin etimadını qazanaraq onlara qarşı külli miqdarda dələduzluq edib.

O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnarə Fətullayeva 10 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Elnarə Fətullayevanın apelyasiya şikayəti qismən təmin edilib və birinci instansiya məhkəməsinin çıxardığı hökmdən müəyyən hissə dəyişdirilib.

Elnarə Fətullayevanın ittiham olunduğu külli miqdarda olan hissə xeyli miqdarda ilə əvəzlənib.

Lakin Elnarə Fətullayevanın 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər