Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Nicat Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu il fevralın 22-də Nəsimi rayonu ərazisində yerləşən çay evlərindən birində 2 naməlum şəxs Neftçala rayon sakini Elman Quliyevi döyüb, bıçaqla hədələyərək 60 manatını və 2 mobil telefonunu alıb.
Nəsimi Rayon Polis İdarəsi 19-cu polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Gəncə şəhər sakini, əvvəllər məhkum olunan Nicat Əliyev tutulub.
Hacı Zeynalov