16 Sentyabr 2016 13:00
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Buzovna qəsəbəsində kirayə yaşayan Ramil Hüseynov özünü asaraq ölüb. Onun meyitini yaşadığı evin həyətindəki turnikdən asılmış vəziyyətdə ailə üzvləri aşkarlayıb.

İki uşaq atası olan Ramil Hüseynovun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər