16 Sentyabr 2016 12:46
1 504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Taxıl Terminalı” MMC-nin baş texnoloqu Qalib Bağırovun qətlində təqsirləndirilən Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu il yanvarın 8-də “Bakı Taxıl Terminalı” MMC-də baş texnoloq işləyən Qalib Bağırovun üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bağlar” yaşayış massivindəki evində aşkar olunub.


İstintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Həsənov, Məhnurə Hüseynova və Mübariz Əliyev tutularaq istintaqa cəlb ediliblər.

Müəyyən olunub ki, həmin şəxslər qabaqcadan əlbir olaraq həmin gün saat 7 radələrində Qalib Bağırovun yaşadığı bağ evinə gəlib çoxsaylı xəsarətlər yetirməklə və iplə boğmaqla onu öldürüblər. Sonra mənzildən 300 manat, 30 avro, 10 dollar, 10.000 belorus rublu məbləğində pulu, mərhuma məxsus gödəkcə və papağı, mobil telefon və planşeti götürərək hadisə yerindən gediblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham edilirlər.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynovanın hər birinin 20 il azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edib, məhkəmədən hüquqlarını müdafiə etdikləri şəxslərə yüngül cəza tələb ediblər.

Hər üç şəxs son söz deyib, əməllərindən peşman olduqlarını bildiriblər.

Məhkəmə təqsirləndirilənlərin hər birininin 20 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər