29 İyun 2014 12:47
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi qəsəbəsi ərazisindəki parkda Zərdab rayon sakini Namiq Ağayevin bıçaqla qətlə yetirilmiş meyiti aşkarlanıb.

Teleqraf.com Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Zərdab rayon sakini Şəhriyar Əhədov həbs edilib.

Qeyd edək ki, ötən gün baş verən baş verən daha bir qətlin motivi də müəyyənləşib. Sabirabad şəhərinin ərazisində şəhər sakini, 25 yaşlı Abbas Fətullayevi boğazını kəsməklə qətlə yetirən və könüllü olaraq polisə təslim olan 22 yaşlı Araz Fərəcov ilkin ifadəsində cinayəti qısqanclıq zəminində törətdiyini etiraf edib.


Müəllif: