19 Sentyabr 2016 15:23
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günün ikinci yarısında Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev və daha 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən Cahangir Hacıyev vəkili Aqil Layıcov və İbrahim Hüseynovun vəkili Azər Tağıyev məhkəməyə gəlməyib.

Hakim bildirib ki, hər iki vəkillə bağlı Vəkillər Kollegiyasına müraciət olunacaq.

Məhkəmə iclası sentyabrın 21-də davam edəcək.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev və daha 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçən prosesdə əlavə şahidlər gəlməyib.

Həmin şahidlərin Azərbaycan hüdudlarından kənarda olduğu bildirilib. Hakim deyib ki, bununla bağlı məhkəməyə sənəd təqdim olunub.

Cahangir Hacıyevin vəkili Aqil Layıcov şahidlərin dindirilməsinin vacib olduğunu deyib. Digər tərəflər şahidlərin dindirilməməsinə etiraz etməyib. Bu səbəbdən həmin şahidlərin istintaqa verdikləri ifadələri elan edilib.

Şahid Vüqar Sadıqovun istintaqa verdiyi ifadəsi elan olunub. O bildirib ki, adına 550 min kredit götürülüb və bundan xəbəri oımayıb.


Digər şahif Tərlan İsmayılov istintaqa deyib ki, təqsirləndirilən Məmməd Cahangirovu tanıyıb: "Mənim adıma 300 min kredit götürülüb. Soradan bilmişəm ki, bu kredit Cahangir Hacıyevin sifarişi ilə götürülüb".

Daha sonra təqsirləndirilən Azad Cavadovun evində axtarış zamanı hal şahidi qismində ifadə verən Ədalət Muradovun ifadəsi elan olunub. Şahidin sözlərinə görə, axtarış zamanı evdən tapança, ov tüfəngi və xəncər tapılıb: "Azad Cavadov protokola imza atmadı, bildirdi ki, xəncər və ov tüfəngi mənə məxsusdur, sənədləri var, amma tapança mənim deyil".

Maliyyə Bazarlarına Nəzarət Palatasının böyük inspektoru Ayaz Vəliyevin ifadəsi elan olunub.

O bildirib ki, Beynəlxalq Bankda fiziki şəxslərin adına verilən kreditlər, eləcə də Cahangir Hacıyevin və yaxınlarının adına olan külli miqdarda kredit kartları vasitəsi ilə ayırılan pulların xərclənməsi, ödənməsi ilə bağlı yoxlama aparılıb. Yoxlama zamanı kreditlərin ayrılması ilə bağlı qanunvericliyin tələbləri və qaydalarını riayət edilmədiyi aşkarlanıb.

Bununla bağlı banka külli miqdarda ziyan vurulub.

Vəkil Azər Tağıyev bildirib ki, ifadəsi elan olunan şahidlərin məhkəməyə gətirilməsi vacibdir.

Təqsirləndirilən İbrahim Hüseynovun sözlərinə görə, bir neçə nəfər özünü onun rəhbəri olduğu "İnter Security" şirkətinin əməkdaşı kimi təqdim edən şəxslə bağlı ifadə versə də, həmin şəxslər orda çalışmayıb. Buna görə də onların məhkəməyə çağırılması tələb edib.

Vəkil Aqil Lahicov MBNP-ın baş inspektorunun məhkəməyə dəvət edilməsini istəyib. Bildirib ki, ekspert hüquqi rəy verə bilməz, ona görə prosesdə dindirilməlidir.


Hakim deyib ki, şahidlər gələ bilmədiyi üçün ifadələrinin elan olunması ilə bağlı qərar qəbul edilib.

Daha sonra prosesdə sənədlərin tədbiqinə başlayıb.

Proses günün ikinci yarısında davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər