19 Sentyabr 2016 18:31
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin müstəntiqlərinin və təhqiqatçılarının cinayət və cinayət-prosessual qanunvericiliyi üzrə nəzəri biliklərinin və praktiki hazırlıqlarının artırılması məqsədilə Vergilər Nazirliyinin və Baş Prokurorluğun rəhbərliyi tərəfindən imzalanmış əmrə əsasən, sentyabrın 18-dən etibarən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında birgə təlimlərə başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə qeyd olunub ki, Vergilər Nazirliyinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi təşkilati və hüquqi islahatlar, Baş Prokurorluğun əməli köməkliyi, habelə mövcud ikitərəfli işgüzar münasibətlər nəticəsində cinayət və digər hüquqpozma hallarına, xüsusilə də vergiləri ödəməkdən yayınma, qanunsuz sahibkarlıq və iqtisadi fəaliyyət sahəsində digər cinayətlərə qarşı məqsədyönlü və ardıcıl şəkildə səmərəli mübarizə tədbirləri uğurla davam etdirilir.

Birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi, o cümlədən cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq müqavilə və konvensiyaların tətbiqi təcrübəsinin təkmilləşdirilməsi, vergi cinayətkarlığına qarşı mübarizədə ibtidai araşdırmanın keyfiyyətinin artırılması sahəsində hüquqi yardımın göstərilməsi məqsədilə təşkil olunan təlimlər oktyabrın 8-dək davam edəcək.

Tədris prosesinin sonunda keçirilmiş mövzuların dinləyicilər tərəfindən hansı dərəcədə mənimsənilməsi və tədrisin səmərəliliyinin müəyyən edilməsi məqsədilə imtahanın keçirilməsi nəzərdə tutulur.


Müəllif:

Oxşar xəbərlər