21 Sentyabr 2016 12:57
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən 1980-ci il təvəllüdlü Ramazan Dünyamalıyevin conayət işi üzrə məhkəmə prosesi başlayıb.


Teleqraf.com xəbər verir ki, Xırdalan şəhərinin 28-ci məhəlləsində Ramazan Dünyamalıyev münaqişə zəminində 1988-ci il təvəllüdlü keçmiş arvadı Şəbnəm Mürşüdovaya qayçı ilə xəsarət yetirib və hadisə yerini tərk edib.

Yaralı ailə üzlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.

Keçmiş arvadını yaralayan Ramazan Dünyamalıyev Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən tutulub.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Ramazan Dünyamlıyevin anket məlumatları dəqiqləşdirilib.

Ramazan Dünyamalıyev iki uşaq atasıdır. Əvvəllər sürücü işləyib.

Məhkəmə baxışı sentyabrın 29-na təyin olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər