22 Sentyabr 2016 09:57
1 958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bilgəh qəsəbəsində qeydə alınıb.

1989-cu il təvəllüdlü qəsəbə sakini Əli Cəlilov bıçaq xəsarəti ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. Ona tibbi yardım göstərilib. Əli Cəlilov boğaz nahiyəsindən xəsarət aldığı aşkar olunub.

Hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 14-cü əməliyyat qrupu xəstəxanaya gəlib. Əli Cəlilov əməliyyatçılara bildirib ki, boğaz nahiyəsi yıxılması nəticəsində kəsilib. Lakin araşdırma zamanı Əli Cəlilovun bıçaqlanma nəticəsində xəsarət aldığı üzə çıxıb.

Hadisənin nə səbəbə və hansı şəraitdə baş verməsi aydınlaşdırılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər