22 Sentyabr 2016 11:11
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Yevlax rayon sakini Kamil Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən il iyulun 16-da Yevlax rayonu Yuxarı Qarxun kəndində Kamil Qədirov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi və əmisi oğlu Sənan Qədirova xəsarət yetirib.

Sənan Qədirov hadisə yerində ölüb.

Kamil Qədirov könüllü olaraq Yevlax rayon polis şöbəsinə gəlib. O, müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəngi də təhvil verib.

Kamil Qədirov Yuxarı Qarxun kəndinin bələdiyyə sədri olub.

Kamil Qədirov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Hakim Rəşi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Kamil Qədirov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər