Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən dəhşətli yanğınla bağlı həbs olunan Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzovun səhhəti ilə bağlı ekspertiza təyin edilib.
Qəzənfər Novruzovun vəkili Cavid Rzazadə Teleqraf.com-a bildirib ki, artıq rəy məhkəməyə daxil olub və həmin rəy sentyabrın 23-də keçiriləcək prosesdə açıqlanacaq.
Xatırladaq ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Qəzənfər Novruzovun səhhətində ciddi problemlərin olması ilə əlaqədar onun təkrar tibbi ekspertizadan keçirilməsi barədə qərar çıxarılıb.
Məhkəmə ekspertizanın rəyinin cavabına qədər təxirə salınıb.
Qeyd edək ki, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.
Hacı Zeynalov