22 Sentyabr 2016 14:09
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən Fəhmin Qədimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, ittihama görə, bu ilin fevral ayında Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən mənzillərdən birində boğularaq öldürülən 1977-ci il təvəllüdlü Sədaqət Əsgərovanın meyiti aşkar edilib.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində qətli 24 yaşlı Fəhmin Qədimovun törətdiyi müəyyən edilib və o, saxlanıb.

Fəhmin Qədimov istintaqa bildirib ki, mərhum Sədaqətlə hadisədən 1 ay qabaq “28 May” metrosu qarşısında tanış olub. Qadın “Memar Əcəmi” metrosu yaxınlığında kirayədə yaşayırmış. Evin qiyməti baha olduğundan Fəhmin ona yeni mənzil kirayələyib: “Çağırdım, baxdı, xoşuna gəldi. Silib təmizlədi, evi götürdüyüm 4 gün idi. Ondan əvvəl çöldə-bayırda, öz evində görüşürdük. Getdi, səhəri gün gəldi. Dedim, bura gəl. Mən bilirəm sən kiminləsə görüşürsən, bunu eləmə”.

Fəhmin Qədimov bildirib ki, qadının sərt cavabı Fəhmini özündən çıxarıb və nəticədə onun başını qolları arasında sıxaraq boğmağa başlayıb: “Sonra məftildən istifadə etməyə başladım. Gördüm boğulub, amma canını hələ tapşırmayıb. Məftillə sıxdım, şalvarı üzünə qoydum, ağzını bağladım ki, səsi çıxmasın”.

Hadisədən sonra Fəhmin qadının maşınına oturaraq rayona gedib və anası ilə vidalaşıb. Dərhal geri qayıdan gənc özü könüllü olaraq Binəqədi rayon Polis İdarəsinə təslim olub.

Məlumata görə, qadının 18 yaşında oğlu da var. Fəhmin Qədimov isə əvvəllər iki dəfə məhkumluq həyatı yaşayıb.

Fəhmin Qədimov 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər