23 Sentyabr 2016 08:47
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöldə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl şəhərində qeydə alınıb. Rayon sakini 1987-ci il təvəllüdlü Turqay Abbasov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan ağaca çırpılıb.

Qəza zamanı sürücü və iki sərnişin müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onlardan T. Abbasovun vəziyyəti ağır, digər iki nəfərinki isə normal qiymətləndirilir.

İlkin məlumata görə qəzaya səbəb sürücünün sərxoş vəziyyətdə avtomobili idarə etməsi olub.

Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.


Müəllif: