23 Sentyabr 2016 09:22
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunda 5 otaqlı olan evdə yanğın olub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Tərtər rayonu, Dəmirçilər kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli 5 otaqlı olan evin mətbəxinin yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: