30 İyun 2014 11:10
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Sahil qəsəbəsi ərazisində qeydə alınıb. 1989-cu il təvəllüdlü Vasif Orucovun idarə etdiyi “VAZ-2106” markalı, 1983-cü il təvəllüdlü Hüseyn Səlimovun idarə etdiyi “Mercedes” markalı və Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Fərahim Xəlilovun idarə etdiyi “Chevrolet” markalı avtomobillər toqquşub.

Nəticədə, “VAZ-2106” markalı avtomobilin sərnişini Şəki rayon sakini 1969-cu il təvəllüdlü Vüqar İsmayılov aldığı xəsarətdən hadisə yerində ölüb.

Hacı Zeynalov


Müəllif: