25 Sentyabr 2016 19:08
1 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrkutskda 44 yaşlı qadına işgəncə verən sevgilisinə qarşı cinayət işi açılıb.

Teleqraf.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, cinayətkar sevgilisini yanlışlıqla onu başqa adla çağırması səbəbindən sərt cəzalandırıb. O, həmin şəxsi yaşadığı mənzildə zəncirlə batareyaya bağlayıb. Ona bədən xəsarətləri yetirib. Bir müddət sonra qadın saxlandığı yerdən qaçaraq polisə müraciət edib.

Zərərçəkən gündüz saat 1-dən səhərə qədər boynunda zəncirlə bağlı qalıb. Qısqanc cinayətkarı həbs cəzası gözləyir.

Nihad


Müəllif:

Oxşar xəbərlər