30 İyun 2014 12:32
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluq ittihamına görə axtarışda olan şəxsin oğurluq etməsi məlum olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də Gündüz Qarayevin evindən 150 manat və məişət əşyası oğurlamış Ramin Axundov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, Əkrəm Məmmədova qarşı dələduzluq etməsi, habelə Suraxanı rayon Polis İdarəsi tərəfindən axtarışda olması da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: