26 Sentyabr 2016 14:43
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Xocalı kəndində qeydə alınıb.

Kənd sakini Aygün Həsənova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Salyan rayon polis şöbəsi hadisəni törətməkdə şübhəli bilinən Samirə Əliyevanı saxlayıb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: