30 İyun 2014 12:50
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Abşeron rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Novxanı kəndinin ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini Babək Kərimov idarə etdiyi “KİA” markalı avtomobili yolun kənarında tikilmiş mağazaya vurub.

B.Kərimov və sərnişini, Sumqayıt şəhər sakini Samir İsmayılov, habelə mağazada olan Quba rayon sakini Əzizulla İdrisov və Ceyranbatan qəsəbə sakini Yural Əmralıyev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: