28 Sentyabr 2016 14:58
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Ağır Cinayətlər Məhkəməsində məktəblinin öldürməkdə təqsirli bilinən Natiq Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu il aprelin 16-da Tovuz rayonun Qalaboynu kəndində orta məktəbin şagirdi, 1999-cu il təvəllüdlü Məqsəd Əmiraslanov başından ov tüfəngi ilə güllələnib.

Hadisəni mərhumun məktəb yoldaşı, 2000-ci il təvəllüdlü Natiq Ələkbərov törədib. Məktəbdən sonra örüş sahəsində heyvan otaran dostlar zarafatlaşıb, Natiq Ələkbərov bilmədən atəş acmaqla Məqsəd Əmiraslanovu başından yaralayıb. Yaralı Tovuz Rayon Mərkəzi xəstəxanasına çatmamış yolda keçinib.

Mərhumun atası İlqar Əmiraslanov Qalaboynu kənd tam orta məktəbdə direktor müavinidir.

Məhkəmənin hökmü ilə Natiq Ələkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər