30 İyun 2014 14:37
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadan Azərbaycana gətirilən "Beluga" araqları müsadirə edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu günlərdə Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Rusiya Federasiyası istiqamətindən Azərbaycan Respublikasına Hüseynov Xəyyam Xanlar oğlu və İsmayılov Elçin İsgəndər oğlu tərəfindən "DaımlerChraysler" markalı, H 027589 dövlət nömrə nişanlı markalı yük nəqliyyat vasitəsi ilə müxtəlif yüklərin arasında Rusiya Federasiyasına məxsus aksiz markaları ilə markalanmış spirtli içkilərin gətirilməsi barədə məlumat daxil olub.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Rusiya Federasiyasından Azərbaycana gələn "fəhlə geyimləri" və "fəhlə ayaqqabıları" yüklü "Daımler Chraysler" markalı, H 027589 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə "Samur" gömrük postunda baxış keçirilib.

Baxış keçirilməzdən əvvəl sürücülər, Azərbaycan Respublikası vətəndaşları Hüseynov Xəyyam Xanlar oğlu və İsmayılov Elçin İsgəndər oğlundan nəqliyyat vasitəsinin yük yerində hansı yüklərin olduğu soruşulduqda, onlar yük yerində fəhlə geyimləri və fəhlə ayaqqabıları yükünün olduğunu qeyd ediblər.
Bundan sonra qoşqunun yük yerinə baxış keçirilib, karton qutularda olan fəhlə geyimləri və fəhlə ayaqqabıları ilə əhatə olunmuş yüklərin arasından qara polietilen paketlərə bükülmüş bağlamalar aşkarlanıb. Həmin bağlamalar boşaldılaraq hal şahidlərinin iştirakı ilə açılıb, hər birinin içərisində 6 ədəd 0,7 litrlik olmaqla 96 karton qutuda, ümumi sayı 576 ədəd Rusiya Federasiyasına məxsus aksiz markası ilə markalanmış "Beluga Transatlantik Rasing" markalı araqlar aşkar edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.


Müəllif: