30 İyun 2014 16:41
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə iki dost həmkəndlilərinin evini qarət edib. Oğurluq zamanı təxminən 12 min manatlıq qənimət əldə edən dostlardan birini polis saxlayıb.

Teleqraf.com Kəpəz TV-yə istinadən bildirir ki, Şəmkir rayonunun Yeni Həyat kənd sakinləri 28 yaşlı Amil Həsənov və onun həmyaşıdı Elsəvər Məsimov qabaqcadan əlbir olaraq tanışları Xanlar Hümbətovun mənzilini qarət ediblər. Ev sahiblərinin mənzildə olmadığından istifadə edən dırnaqarası qəhrəmanlar oradan Hümbətovun gəlininə məxsus 11 min manatlıq qızıl-zinət əşyalarını və 1100 manat nəğd pulu oğurlayıblar. Daha sonra dostlar qızılları sataraq əldə etdikləri pulu öz aralarında bölüblər.

Bəxtiyar Rəhimov - baş müstəntiq: “Əldə etdikləri pulu şəxsi işləri üçün xərcləyiblər. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində maddi sübutlar götürülüb”.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Amil Həsənov saxlanılıb. Elsəvər Məsimov isə məsuliyyətdən yayındığından onun barəsində axtarış verilib. Saxlanılan Amil Həsənov cinayətə Elsəvər Məsimov tərəfindən sövq edildiyini deyib.

Amil Həsənov - saxlanılan şəxs: “Telefonun işığı ilə içəri daxil olduq. İçəridə əvvəlcə cüzdan tapdım, içərisində pul var idi. Həmin pulu və üzüyü götürdüm. O da axtardı, bir qızıl qabı tapdı, onu da götürüb Bakıda satdıq”.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. İstintaq aparılır.


Müəllif: