30 Sentyabr 2016 19:08
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Poçt haqqında” qanunun 3.0.2-1 maddəsi ləğv edilib.

Teleqraf.com xəbər verir ki, indiyədək sözügedən maddədə pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələr “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarət etməsi qeyd edilib. Bundan sonra isə poçt rabitəsi həmin tələblərin əməl edilməsinə nəzarət etməyəcək.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə bildirib ki, poçt hardan bilə bilər ki, bu vəsait terrorçuluğun maliyyələşdirilməsi məqsədilə köçürülüb?: “Ona görə də bunu ləğv etmək lazım idi. Bununla başqa aidiyyatı orqanlar məşğul olmalıdır”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər