“2015-ci ilin oktyabrın 1-dən 2016-cı ilin oktyabrın 1-dək Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olan 31 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb”.
Teleqraf.com-un məlumatına görə, bunu baş prokuror Zakir Qaralov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.
O qeyd edib ki, “Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlərlə bağlı Baş İdarədə aparılan araşdırmalar zamanı aşkar edilən qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar verilib, həmin təqdimatlara əsasən bir sıra işçilər intizam qaydasında cəzalandırılıb: "Aşkar edilən qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilib, 271 şəxs barəsində 171 cinayət işi tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilib".