1 Oktyabr 2016 13:32
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Çorlu əyalətində orta məktəb şagirdləri əxlaqsızlığa məcbur edilib. Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, 13 yaşlarında 5 qız pul qarşılığında kişilərlə münasibətdə olublar.

Onları buna məcbur edən 3 nəfər həbs edilib.

Faktın üstünü müəllim açıb. Müəllim sinifdə şagirdlərin mütəmadi olaraq telefonla yazışmalarından şübhələnib. Telefoni qızlardan birini alan müəllim seksual xarakterli foto və mesajlara rast gəlib. Bu barədə dərhal rəhbərliyi məlumatlandırıb.

Araşdırmalar zamanı məlum olub ki, onları fahişəliyə yuxarı sinifdə oxuyan qız şagirdlər cəlb ediblər. Görüşdükləri kişilərin isə 40, 23, 17 yaşları olub.

Kişilərlə təxminən 100 manat qarşılığında görüşdüklərini deyən qızlar pulları narkotik maddələrə xərclədiklərini bildiriblər.

Faktla bağlı araşdırmalar davam edir.

Ayxan


Müəllif:

Oxşar xəbərlər