Türkiyənin Əskişəhər bölgəsində dəhşətli cinayət hadisəsi baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Sarhöyük məhəlləsində psixoloji problemləri olan 33 yaşlı Sedat Dedelər həyat yoldaşı, 30 yaşlı Elvan Dedeler ilə bilinməyən səbəbdən mübahsiəyə başlayıb.
Mübahisə davaya çevrilib və ər arvadına 49 bıçaq zərbəsi vurub. Hadisədən sonra Sedat qaçmağa müvəffəq olsa da, polis qısa müddətdə onu saxlayıb. Elvan isə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin səbəbləri araşdırılır.
Elvin