4 Oktyabr 2016 19:53
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya şirkətləri Azərbaycanı iqtisadiyyatın diversifikasiyası istiqamətində dəstəkləməyə hazırdır.

Trend-in məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab deyib. O bildirib ki, Almaniyanın kiçik və orta biznes müəssisələri artıq dünyada məşhurdurlar: "Onlar üçün ticarət palatasının olması çox vacibdir.

Bununla da işgüzar dairələr arasında əlaqələr genişlənir. Beləliklə biz dayanıqlı və uzun sürən münasibətləri inkişaf etdirə bilərik. Bu həmçinin ticari əlaqələrin və ticarət həcminin inkişafına gətirib çıxaracaq. Digər tərəfdən də iqtisadiyyatın şaxələnməsinə öz töhfəsini verəcək".


Müəllif:

Oxşar xəbərlər