Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 15 m2 sahədə və 1 ədəd "LG" markalı paltaryuyan maşın yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:05-da yanğınsöndürənlər tərəfindən söndürülüb.