Daxili İşlər Nazirliyi polis işə qəbulla bağlı müsabiqə elan edib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək istəyən arzusunda olanlarla bağlı müsabiqə elan edib. Müsabiqənin şərtlərinə görə, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış şəxslər olmalıdır.
Müsabiqə Ağsu, Ağdaş, Göyçay, İsmayıllı, Kürdəmir, Mingəçevir, Şamaxı, Ucar və Yevlax rayon sakinləri arasında keçirilir. Polis olmaq istənəyləri 26 aprel 2014-cü il tarixdə saat 10.00-da Göyçay Rayon Polis Şöbəsində Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən qəbul ediləcəklər. Qəbula gələn şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Hacı Zeynalov