30 İyun 2014 18:03
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazar günü Rusiyanın Krasnoyarsk çimərliyində atışma olub.

Teleqraf.com-un xəbərinə görə, atışma zamanı çimərlikdə istirahət edən 4 nəfər yaralanıb.

Berezovski rayonunun “Barxatnıy” çimərliyində baş verən insident iki dəstə arasında yaranan narazılıq üzündən olub. İlkin məlumatlara görə, həmin gün çimərliyə 12 nəfərdən ibarət iki dəstə gəlib.

Əvvəlcə mübahisə edən gənclər daha sonra əlbəyaxa olublar. Ardınca isə silaha əl atıblar. Nəticədə tapançadan atılan güllələr olay yerində bir neçə nəfəri yaralayib. Xəsarət alanlar 20-26 yaş arasında olub. Onlar təcili yardımla xəstəxanaya yerləşdiriliblər.

Fidan


Müəllif: