Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun məhkəmə prosesi keçirilib.
Teleqraf.com-un məlumatına görə, hakim Fikrət Qəribovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilməsini istəyib.
Qətl ötən il iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı Vəsilə Əbilhəsənova və həyat yoldaşı Vəfadar Əbilhəsənov amansızlıqla qətlə yetirilib. Qətli Fədai Hüseynovun törətdiyi məlum olub.
35 yaşlı Fədai Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan Fəadi Hüseynov gecə saatlarında mərhumların evinə gəlib və hələlik dəqiqləşməmiş səbəblərdən mübahisə yaranıb. O, mübahisə zəminində Vsilə Əbilhəsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.