7 Oktyabr 2016 13:55
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Əhməd və İslam İbrahimov qardaşlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Zaqatala polisi rayon ərazisində qanunsuz narkotik tərkibli bitkilərin əkib becərilməsi ilə məşğul olan şəxslərin aşkarlanması istiqamətində tədbir keçirib.

Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Car meşəbəyliyinin 3-cü dolayında kultivasiya yolu ilə əkilmiş, aqrotexniki qaydada qulluq edilən çətənə kolu bitkisi əkilən sahə aşkarlanıb.

Məlum olub ki, narkotik tərkibli bitkini rayonun Car kənd sakinləri olan iki qardaş - 1976-cı il təvəllüdlü İslan İbrahimov və 1981-ci il təvəllüdlü Əhməd İbrahimov əkiblər.

Ümumi çəkisi 3,220 kq olan 358 ədəd çətənə kolu istintaqa təhvil verilib.

Hər iki qardaş Cinayət Məcəlləsinin 237.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən narkotik maddələr olan bitkiləri kultivasiya etmə) və 237.2.3-cü (qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddələri ilə ittiham edilib.

Hakim Şirvan Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

İslam İbrahimov 5 il 6 ay, Əhməd İbrahimov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər