7 Oktyabr 2016 18:01
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günün ikinci yarısında ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçən prosesdə Sabunçu rayon Polis İdarəsinin əməkdaşları Elmir Ələsgərov və Xəqani Davudov ifadə verib.

Elmir Ələsgərov bildirib ki, bir qrup şəxs “Müsəlman Birliyi Hərəkatı”nın sədr müavini Elçin Qasımovun həbsinə etiraz edib. Onun sözlərinə görə, həmin şəxslər ötən ilin noyabrın 5-də idarənin qarşısına toplaşaraq Elçin Qasımovun azadlığa buraxılması tələbilə aksiya keçiriblər.

Hər iki şahid qeyd edib ki, həmin gün “Qarabağ” - “Monako” oyunu keçirilib. Polislərin sözlərinə görə, stadionda xidmət edirəkən onları həmin vaxt aksiya ilə əlaqədar idarəyə çağırıblar.

Polislər qeyd ediblər ki, aksiya iştirakçıları əllərinə daş, taxta götürüblər, lakin onlar xəsarət almayıblar.

Məhkəmə prosesi oktyabrın 10-da təyin edilib.

13.47

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Həmzə Zahidov ifadə verib.

Həmzə Zahidov bildirib ki, Nardaranda keçirilən əməliyyat zamanı təqsirləndirilən Ramin Yarıyevi zərərsizləşdirib. Şahid qeyd edib ki, Ramin Yarıyevin üzərindən qumbara, bıçaq və “Taleh Bağırzadin müraciəti” adlı kitabça çıxıb.

Proses günü ikinci yarısında davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər