7 Oktyabr 2016 16:26
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Hikmət Əliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin iyulunda “Kapital Bank” ASC-nin Abşeron filialında sürücü-inkassator işləyən 1962-ci il təvəllüdlü Hikmət Əliyev əvvəlcədən planlaşdırdığı oğurluğu həyata keçirmək üçün filialın binasının içərisində gizlənib.

Gecə saatlarında filialda xidmətdə olan Abşeron rayon Mühafizə İdarəsinin əməkdaşı Hamlet Şıxəliyev içəridə gizlənən Hikmət Əliyevi aşkar edəndə sonuncu bıçaqla mühafizəçiyə hücum edib.

Bu zaman mühafizəçinin üzərindəki xidməti silahı açılıb və güllə onun özünə dəyib. Mühafizəçi diz nahiyəsindən yaralanıb. Hikmət Əliyev hadisə yerindən qaçıb.

Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları Hikmət Əliyevi “isti izlər”lə yaxalayaraq aidiyyəti üzrə təhvil veriblər.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Hikmət Əliyev ittihama münasibət bildirərək, özünü qismən təqsirli bilib.

Proses oktyabrın 21-də davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər