Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirləndirilən Sərdar Şahverdiyev, Alıbəy Rzaxanov və Tamerlan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Sərdar Şaverdiyev 6 ay, Alıbəy Rzaxanov və Tamerlan Abdullayev isə 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Hər üç şəxs Bakıda qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 200.2.2-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma), 200.2.3-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunublar.
Hacı Zeynalov