1 İyul 2014 11:10
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaradağ rayonunda baş verən ağır yol qəzasında sürücü ölüb

Bu gecə saat 02:00 radələrində Bakının Qaradağ rayonunda ağır yol qəzası olub.

Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, gecə saatlarında sürətlə şütüyən “VAZ-2101” markalı avtomobil idarəetməni itirərək aşıb.

Sürücü avtomobildə əzilmiş halda qalıb. Hadisə yerinə xilsedicilər cəlb olunub. Xilasedicilər sürücünün meyidini maşından çıxarıblar.

İlkin ehtimala görə hadisə sürücünün maşını idarə edərkən sürət həddini keçməsidir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: