Bakının Nərimanov rayonunda əcnəbi yaşadığı kirayə evdə qarət olunub.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayonunda mənzillərdən birində kirayə yaşayan Pakistan vətəndaşı Sajid Alinin qızıl, məişət və geyim əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Atabəy Novruzlu saxlanılıb.
Hacı Zeynalov