10 Oktyabr 2016 11:57
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər şəxslərin barələrində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, vəkillər cinayət işinin materialları ilə tanış olduqdan sonra iş məhkəməyə göndəriləcək.


Ötən il Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.

Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 nəfər isə qəsəbə sakini həlak olub.

Saxlanılan şəxslərin cinayət işi üzrə istintaq 2 yerə ayrılıb. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov və digər 18 nəfərin məhkəməsi davam etdirilir.


Müəllif:

Oxşar xəbərlər