1 İyul 2014 12:17
1 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluqda şübhəli bilinən şəxs yaxalanıb.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, iyunun 29-na keçən gecə Bakı şəhər sakini Afaq Cəfərovaya məxsus M.Cəlal küçəsində yerləşən gözəllik salonundan açar seçmə yolu ilə 100 manat, müşahidə kamerasının yaddaş diski və beyin adlanan cihazı oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsi 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 31 yaşlı Pərvanə Cəfərova tutulub.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: