Gəncədə yol polisini maşın vurdu.
Teleqraf.com ARB Kəpəz -ə istinadən xəbər verir ki, Gəncə-Samux yolunda yol polisinin xəsarət alması ilə nəticələnən qəza olub.
Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Şakir Həsənov xidmət aparan zaman "Mercedes" markalı avtomobil tərəfindən vurulub. Zərərçəkən Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-stabil qiymətləndirirlər.
Hadisəni törədən sürücü saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı araşdırma aparılır.