1 İyul 2014 12:19
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda soyğunçuluqda şübhəli bilinən 31 yaşlı oğlan tutulub.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, rayonun Bül-Bül prospektində naməlum şəxs Bakı şəhər sakini İsmayıl Orucovun fotoaparat ştativini, mobil telefon və içərisində 50 manat olan pul kisəsini əlindən alaraq qaçıb.
Səbail rayon Polis İdarəsi 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini, 31 yaşlı Rüfət Qəhrəmanov yaxalanıb.

Müəyyən olunub ki, R.Qəhrəmanov iyunun 26-da Neftçilər prospektində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Yadigar Ağayevə məxsus «Kia» markalı avtomobildən də mobil telefon oğurlayıb.

Hacı Zeynalov


Müəllif: