13 Oktyabr 2016 12:59
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun Nəsimi Rayon İcra Şöbəsinə qarşı şikayəti əsasında məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Kəmalə Abıyevanın sədrlik etdiyi kollegiyada Əli İnsanovun apelyasiya şikayəti üzrə qərar elan olunub.

Əli İnsanovun apelyasiya şukayəti təmin edilməyib.

Qeyd edık ki, 1 saylı İnzibati-İqtisad Məhkəmənin qərarı ilə Əli İnsanovun şikayəti təmin edilməyib. Həmin qərardan narazı qalan sabiq səhiyyə naziri apellyasiya şikayəti verib.

Əli İnanovun iddiasına əsasən, ona məxsus qaraj özünün və ailəsinin xəbəri olmadan 50 min manata tikinti şirkətinə satılıb. Bir müddət sonra isə məsələnin üstü açılıb və Əli İnsanov ona məxsus qarajını satmış Vəfa Əlizadə adlı şəxsə qarşı məhkəmədə iddia qaldırıb.

Nəsimi Rayon Məhkəməsi iddianı təmin edib, həmin qadının keçmiş nazirə 50 min manat ödəməsi barədə qətnamə çıxarıb.

Qətnamə uzun müddət icra olunmayıb və Əli İnsanovun müdafiəçiləri müəyyənləşdirib ki, Vəfa Əlizadənin adına bankların birində səhmlər var. Bu dəfə vəkillər səhmlərin bir hissəsinin (50 min manatlıq) üzərinə həbs qoyulması tələbilə məhkəməyə müraciət ediblər.

Məhkəmə təqdimatı təmin edərək, qərardad çıxarıb. Həmin qərardadı Nəsimi Rayon İcra Şöbəsi icra etməyib.

Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ildə Əli İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Bu il avqutun 24-də Əli İnsanova yenidən ittiham verilib. Sabiq nazir Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur.

Hazırda bu iş üzrə istintaq davam edir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər