13 Oktyabr 2016 13:13
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq-mühafizə orqanları Bakı şəhəri, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində dini kitab və vəsaitlər satılan mağazalardan birində əməliyyat keçirib.

Bu barədə “Report”a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, nəticədə çoxlu sayda qadağan olunan ədəbiyyat, Aşura mərasimlərində istifadə olunması üçün nəzərdə tutulan və üzərində radikal və dini ekstremizmi, dini ayrı-seçkiliyi təbliğ edən şüarlar yazılan köynəklər, baş geyimləri aşkar olunaraq götürülüb.

Faktla bağlı prokurorluqda araşdırmalar davam etdirilir.


Müəllif:

Oxşar xəbərlər